Raqnar Lodbrok

Raqnar Lodbrok
Ragnarr Loðbrók
Raqnarın ölümü
Raqnarın ölümü
Doğum tarixi IX əsr
Doğum yeri
Vəfat tarixi təq. IX əsr
Həyat yoldaşları Lagerta, Kraka Aslauq Siqurdsdatter, Tora Borqarhyört
Uşağı
Atası Siqurd Hrinq
Fəaliyyəti Vikinqlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Raqnar Lodbrok (Qədim Skandinaviya dili - Ragnarr Loðbrók; IX əsr, Skandinaviyatəq. IX əsr) — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarım-əfsanəvi qəhrəman, İsveçDanimarka kralı. Haqqında bir neçə saqa olan Raqnar çox məşhur bir vikinq qəhrəmanıdır. Müvəffəqiyyətli bir komandir olan Raqnar Fransaİngiltərəyə uğurlu hərbi səfərlər təşkil etmişdir. Mübarizə apararaq Danimarka taxtına çıxmağa nail olmuş. Həm Danimarka, həm də İsveç kralı olmuşdur. Məşhur qadın döyüşçülər Lagerta və Aslauq ilə evlənmişdir. Saqalarda övladları Ivar və Björnün şöhrətinin kölgəsində qalacağı qorxusu olduğu da yazılır. Xüsusilə Fransada çaylardan istifadə edərək çox geniş diametrli bir bölgəni qarət etməyə nail olmuşdur. 9-cu əsrdə çox sayda müharibədən qalib çıxdıqdan sonra İngiltərədə kral Aellaya əsir düşmüş və alçaldıcı bir şəkildə ilanların olduğu bir çuxura atılaraq öldürülmüşdür. Həyatı haqqındakı çox saylı əfsanələr bir-birindən fərqli detallara malikdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search